REGİONLAR
Masallıda mini futbol üzrə rayon birinciliyinin qalibi müəyyənləşib
Masallı, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər mərkəzi stadionunda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, 16-29 yaşlı gənclər arasında mini futbol idman növü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışın yekun nəticələrinə əsasən, “Masallı” komandası birinci, “Qarğalıq” komandası ikinci, “Binə Xocavar” komandası üçüncü yerləri tutublar.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Könüllülər kuboku”nun diplomları ilə təltif olunublar.