İDMAN


“Masters” turnirində Nicat Abasov növbəti görüşünü keçirəcək

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin beşinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov beşinci turda ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gələcək. Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.

Turun digər oyunlarında Polşa təmsilçiləri Yan-Kşıştof Duda niderlandlı Jorden Van Forest, Radoslav Voytaşek isveçli Nils Qrandelius, Çexiya şahmatçısı David Navara həmyerlisi Tay Dan Van Nquyenlə qarşılaşacaq.

Turnir cədvəlində 3 xalla S.Şenkland və N.Abasov birinci və ikinci yerləri bölüşürlər. Turnir 7 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.