İQTİSADİYYAT


Mayın 25-də keçirilən hərracda 2 dövlət əmlakı özəlləşdirilib

Mayın 25-də keçirilən hərracda 2 dövlət əmlakı özəlləşdirilib

Bakı, 26 may, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən mayın 25-də təşkil olunmuş növbəti hərracda 2 dövlət əmlakı özəlləşdirilib.

ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, bunlardan biri Şəmkir rayonunda yerləşən Şəmkir Balıq Zavodu, digəri isə Neftçala şəhərində yerləşən inzibati idarə binasıdır. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz (https://bit.ly/34jdb6R).

Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytında (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalında (“privatization.az”) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəməklə, hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.