REGİONLAR


Məcburi köçkünlər üçün yeni inşa edilən yaşayış kompleksində Novruz şənliyi keçirilib

Tərtər, 21 mart, AZƏRTAC

Tərtər rayonunda məcburi köçkün ailələri Novruz bayramını onlar üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məcburi köçkünləri Novruz bayramı münasibətilə təbrik edib, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının daim dövlətin diqqət mərkəzində olduğunu bildirib. Qeyd olunub ki, heç bir şəraiti olmayan sosial obyektlərdə - məktəblərdə, uşaq bağçalarında, inzibati binalarda və digər tikililərdə məskunlaşan məcburi köçkünlər artıq gözəl mənzillərlə təmin olunublar. Yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, avtomat telefon stansiyası inşa edilib. Bütün infrastruktura malik kompleksdə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Sonra Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Tofiq Hacıyev, Ağdərə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Şura Əliyeva, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov, Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlqar Qasımov çıxış edərək, məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb, bütün köçkünlərin yurd-yuvalarına dönməsini, növbəti Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını arzulayıblar.

Tədbir rayon Mədəniyyət Mərkəzinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.