ELM VƏ TƏHSİL


Mədəniyyət Nazirliyində vakant vəzifələri tutmaq üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr ləğv olunub

Bakı, 30 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyindən Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olmuş məktubda yeni mədəniyyət idarəetmə sisteminin formalaşdırılması məqsədilə nazirlikdə struktur dəyişikliklərinin aparıldığı bildirilir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Mədəniyyət Nazirliyinin aparatında və strukturuna daxil olan qurumlarda vakant inzibati vəzifələrin tutulması məqsədilə 2020-ci il yanvarın 13-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə planlaşdırılmış müsahibələr ləğv olunub.

Struktur dəyişikliyi yekunlaşdıqdan sonra nazirlikdə vakant olan vəzifələrin tutulması məqsədilə yeni müsahibə elanlarının verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.