ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin növbəti beynəlxalq uğuru

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Estrada sənəti kafedrasının tələbələri Litvada keçirilən “Sonat of the stars” XX beynəlxalq vokal müsabiqəsində uğur qazanıblar.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, 20 ildir Litvada keçirilən müsabiqədə iştirakçılar 5 nominasiya üzrə (dünya hiti, klassik vokal, ana dilində mahnı, bahar nəğməsi, kinofilmlər və müzikl mahnıları) mübarizə aparırlar.

Müsabiqədə Türkay Məlikova “Ana dilində mahnı” nominasiyasında Arif Məlikovun “Mavi dəniz”, Sərvər Yılmaz isə “Dünya hiti” nominasiyasında Elvis Preslinin repertuarından “I need love tonight” mahnısını ifa edərək finala vəsiqə qazanıb və III yerin laureatları olublar.

Hər iki iştirakçının müəllimi professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.