SİYASƏT


Məhəmməd Mehdi Məzahiri: Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda səslənən fikirlər müasir dünya üçün olduqca əhəmiyyətlidir

Tehran, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəsi var. Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum da yüksək səviyyədə təşkil olundu. Forumda səslənən fikirlər müasir dünya üçün olduqca əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət Mərkəzinin sədri Məhəmməd Mehdi Məzahiri deyib. O bildirib ki, bu Forum Azərbaycanın qlobal problemlərə biganə yanaşmadığını göstərir. Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin üstün tutulması nümunə kimi göstərilməlidir. Bu gün dünyada ayrı-seçkilik halları müşahidə olunur. Lakin Azərbaycan müxtəlif dini baxışlara və etnik qruplara malik olan insanların birgə və mehribanlıqla yaşamasının mümkünlüyünü əyani şəkildə nümayiş etdirir. Azərbaycan Prezidentinin bu istiqamətdə yürütdüyü siyasətin uğurları ölkədə ictimai-siyasi sabitliyin uzun illər davam edəcəyini deməyə əsas verir.

M.M.Məzahiri Forumda iştirak edən nüfuzlu insanların ictimai fikrə təsir imkanlarına malik olduğunu bildirib və bunun əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, bu şəxslər vətənlərinə qayıtdıqdan sonra öz ölkələrində Bakıda səslənən fikirləri ictimaiyyətə çatdıracaqlar və dünya ictimaiyyəti sülhün və davamlı inkişafın nə qədər vacib olduğunu biləcək.

ECO-nun Mədəniyyət Mərkəzinin sədri Bakının gözəl şəhər olduğunu da bildirərək, buradan çox xoş təəssüratlarla ayrıldığını deyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.