MƏDƏNİYYƏT


Mehriban Kərimova: Hədəfim Azərbaycanı beynəlxalq festivallarda uğurla təmsil etməkdir

Bakı, 3 oktyabr, Emil Məlikov, AZƏRTAC

"INTERACT Film Lab" layihəsində artıq xeyli müddətdir ki, iştirak edirəm. Layihədə bizə hərtərəfli kömək göstərən Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm.

Bunu AZƏRTAC-a açıqlamasında "INTERACT Film Lab" təlim layihəsinin iştirakçısı fotomüxbir Mehriban Kərimova deyib.

Bu layihə çərçivəsində iştirak etdiyim kurslarda təsvir rejissorluq işini uğurla mənimsədim: “Layihə daxilində müxtəlif proyektlər götürdüm və kurslarda göstərdiyim fəaliyyətim bəyənildiyi üçün məni kənar layihələrə də dəvət etməyə başladılar. Bir qısametrajlı sənədli film çəkmişəm və hazırda "Cahanın sevdiyi an" tammetrajlı filmin təsvir rejissoru kimi iştirak edirəm. Filmin 60 faizi demək olar ki, çəkilib və treylerini də təqdim etdik. Hədəfim Azərbaycanı beynəlxalq festivallarda bu istiqamətdə uğurla təmsil etməkdir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.