İQTİSADİYYAT
Məişət soyuducularının idxalı azalıb
Bakı, 19 fevral, AZƏRTAC
2019-cu illə müqayisədə ötən il mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 33,4 faiz, paltaryuyan maşınlar 7,4 faiz, mebellər 24,9 faiz, məişət soyuducuları isə 12 faiz azalıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, keçən il hesablama maşınları, blok və qurğularının idxalında 23,1 faiz artım müşahidə olunub.
Qeyd edək ki, hesabat ilində idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.