ELM VƏ TƏHSİL
Məktəbəqədər təhsilin səmərəli təşkili ilə bağlı müzakirələr aparılıb
Bakı, 20 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Bakının Xətai rayonunda yerləşən 207 saylı körpələr evi və uşaq bağçasında “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın mahiyyəti və təlimin təşkili” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Məktəbəqədər təhsil sahəsində son illər qəbul edilən əsas sənədlər bu sistemdə işləyən mütəxəssislərin səriştəliliyini, metodik işin təşkilini, yeni yanaşmaların səmərəli tətbiqini, təlim prosesinin idarə olunmasını, valideynlərlə işin forma və metodlarını zəruri edir.