MƏDƏNİYYƏT


“Mənim yay tətilim-2018” respublika uşaq rəsm müsabiqəsi elan olunur

Bakı, 28 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Mənim yay tətilim-2018” respublika uşaq rəsm müsabiqəsi elan olunur.

Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və onların tətil ərzində diqqət yetirdikləri hadisələri rəsm əsərinə çevirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir.

İştirak etmək istəyənlər rəsmin fotosu ilə yanaşı, ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinə (Xocalı pr. 62), habelə https://www.facebook.com/Xetaisenetmerkezi/, whatsapp: 00994 51 310 74 01, instagram: xetaisenetmerkezi, [email protected] ünvanlarına göndərə bilərlər.

Seçim 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyalarında aparılacaq. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaq. Bu rəsmlərin müəlliflərinə diplomlar, fəal tədris mərkəzlərinə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə təqdim ediləcək.

Müsabiqəyə informasiya dəstəyi verənlər sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.