İQTİSADİYYAT


Mərkəzi Bank kiçik və orta biznes üçün maliyyə savadlılığı təlimi keçirib

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə assosiasiyaya üzv şirkətlər üçün “Korporativ idarəetmə” və “Korporativ maliyyə” mövzularında təlim keçirib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, məlumatların açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, korporativ maliyyənin idarə olunması, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumat verilib. Bütövlükdə təlimdə əldə edilən bilik və bacarıqlar ölkədə kiçik və orta sahibkarlar üçün alternativ maliyyə mənbələrinə çıxış, eləcə də müasir korporativ idarəetmə prinsiplərinin tətbiqi baxımından mühüm rola malikdir.

Sonda mövzu ilə bağlı sahibkarları maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb və onların sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, sahibkarlar üçün bu təlim “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar təşkil edilib.

Mərkəzi Bank ilin qalan dövründə də sahibkarların maarifləndirilməsi istiqamətində təlim, seminar, treninq və bu kimi maliyyə savadlılığı tədbirlərini davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.