Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib YENİLƏNİB

Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib YENİLƏNİB

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması haqqında qərarı şərh edib

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti iyunun 14-dən uçot dərəcəsinin 11 faizdən 10 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2 faiz səviyyəsində müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.

Mərkəzi Bankın sədri qeyd edib ki, faiz dəhlizinin parametrləri haqqında qərar son makroiqtisadi proseslərin təhlili və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilib. 2018-ci ilin ötən dövründə inflyasiya elan edilmiş hədəf diapazonundan aşağı səviyyədə qərarlaşıb, dünya enerji daşıyıcıları bazarında əlverişli qiymət trayektoriyası fonunda tədiyə balansı profisitli olaraq qalır və iqtisadi aktivlik üzrə müsbət dinamika davam edir. Son makroiqtisadi proqnozlar göstərir ki, qarşıdakı dövrdə monetar şəraitin normallaşma dinamikası xarici və fiskal sektorda gedən proseslərdən asılı olacaq.

Qərar qəbul edərkən İdarə Heyəti aşağıdakıları nəzərə alıb:

İnflyasiya prosesləri

İnflyasiyanın azalması prosesi davam edir. 2018-ci ilin 5 ayında orta illik inflyasiya 3.2 faiz təşkil edib. Dövr ərzində əhalinin nominal gəlirlərinin artım tempi qiymətlərin ümumi səviyyəsinin artım tempini üstələyib.

Elman Rüstəmov diqqətə çatdırıb ki, inflyasiya manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması kimi amillərin təsiri altında azalır. Əlavə olaraq may ayından başlayaraq mövsümi amillər də inflyasiyanın azalmasını dəstəkləyir. Ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər göstərir ki, inflyasiya gözləntiləri son illərin minimumuna enib.

Son proqnozlar makroiqtisadi meyillərin cari dinamikasının saxlanması halında 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə və hədəf intervalında qalacağını göstərir. İnflyasiyanın başlıca risklərinə əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, yerli istehsal xərclərinin artması, fiskal genişlənmə və bu əsasda məcmu tələbin artması, məzənnə və inflyasiya gözləntilərinin asimmetrik həssaslığı aiddir.

Xarici şərait

Tədiyə balansı göstəricilərinin yaxşılaşmasının davam etdiyini deyən Mərkəzi Bankın sədri vurğulayıb ki, I rübdə cari əməliyyatlar hesabında ÜDM-in 15.4 faizi səviyyəsində profisit formalaşıb. Xarici sektorda pozitiv meyillər II rübdə davam edir. 2018-ci ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət balansının müsbət saldosu 2.1 dəfə, ixrac 65.8 faiz, qeyri-neft ixracı 14.2 faiz artıb. Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşmasının başlıca amilidir.

Qeyd edilib ki, ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. I rübdə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri balansında müsbət saldo qorunub. Pul baratlarının dinamikası da ölkənin xarici valyuta daxilolmalarının artmasına müsbət təsir göstərib.

Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

"Son proqnozlara görə 2018-ci ilin sonuna tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Ortamüddətli dövrə isə tədiyə balansı üçün başlıca təhdidlər beynəlxalq enerjidaşıyıcıları bazarındakı qeyri-müəyyənliklər, habelə məcmu tələbin genişlənməsi və tərəfdaş ölkələrdəki məzənnə ucuzlaşmalarının təsiri ilə idxalın yüksək templə artmasıdır", - deyə Elman Rüstəmov vurğulayıb.

İqtisadi aktivlik

Mərkəzi Bankın sədri deyib: "İqtisadi aktivlikdə pozitiv dinamika 2018-ci ildə də davam edib. 2018-ci ilin yanvar-may aylarında iqtisadi artım 1.1 faiz olub, o cümlədən qeyri-neft sektorunda 1.9 faizlik iqtisadi artım baş verib. İqtisadi artım qeyri-neft sənayesində 8.1 faiz, kənd təsərrüfatında 8.6 faiz təşkil edib. Xarici tələbin və dövlət investisiyalarının artması qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyən başlıca amillərdir. İstehlakçı inamı göstəricilərinin yaxşılaşması, əhali gəlirlərinin yüksəlməsi və pərakəndə kreditləşmənin tədricən bərpası da iqtisadi aktivliyə artırıcı təsir edir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinin nəticələri də ötən illə müqayisədə iqtisadi aktivliyin artdığını təsdiq edir. Məcmu buraxılış kəsiri və iqtisadi artımın potensial səviyyəsi üzrə qiymətləndirmələr iqtisadi aktivlikdəki yüksəlişin hələ ki, inflyasiyanı yüksəltmədiyini göstərir".

Son proqnozlar 2018-ci ilin sonuna iqtisadi artımın davam edəcəyini göstərir. Orta və uzunmüddətli perspektivdə ölkədə iqtisadi artımın yüksələrək qlobal iqtisadi artım tempini üstələməsi makroiqtisadi sabitliyin qorunmasından və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətindən asılı olacaq.

Monetar şərait

2018-ci ildə monetar şəraitin neytrallığa yaxınlaşmaq istiqamətində dəyişdiyini deyən E.Rüstəmov bildirib ki, monetar şəraitin tarazlı yumşaldılması tədbirləri qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balans yaratmağa xidmət edib.

İlin ötən dövründə Mərkəzi Bank ümumilikdə pul bazasına artırıcı təsir göstərən monetar əməliyyatlar həyata keçirib. Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı yanvar-may aylarında 12.3 faiz azalıb ki, bu da fiskal əməliyyatların pul bazasına azaldıcı təsirini qismən neytrallaşdırıb. Kredit aktivliyinin zəif bərpası və bank sistemində irihəcmli struktur likvidliyi şəraitində Mərkəzi Bankın açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı sərhəddinə yaxın səviyyədə formalaşmaqdadır.

Mərkəzi Bankın sədri deyib ki, inflyasiya gözləntilərinin azalması şəraitində 2018-ci ilin ötən dövründə ölkədə de-dollarlaşma prosesləri davam edib. İlin əvvəlindən xarici valyutada depozitlərin geniş pul kütləsində (M3 pul aqreqatı) xüsusi çəkisi 2.1 faiz bəndi, fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə 3.6 faiz bəndi azalıb.

Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcək.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin avqust ayında müzakirə ediləcək.

Mərkəzi Bankla əlaqə: Tel.: (994 12) 493 11 22, daxili 374 və ya 381 Faks: (994 12) 493 55 41, R.Behbudov küçəsi, 90 E-mail: [email protected] Bakı, AZ 1014 URL: http://www.cbar.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir