İDMAN


Millətlər Liqası: İtaliya səfərdə Niderland millisini məğlub edib

Bakı, 8 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.

Turun mərkəzi qarşılaşması “Yoxan Kroyff Arena”da stadionunda olub. Niderland millisi öz meydanında İtaliya seçməsini qəbul edib. Görüş italyanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın 45-ci dəqiqəsində vurulub. Ciro İmmobilenin cinah ötürməsini Nikolo Barella dəqiq baş zərbəsi ilə tamamlayıb.

Birinci turda Niderland millisi Polşa komandasını (1:0) məğlub edib. İtaliya seçməsi isə ev oyununda Bosniya və Herseqovina millisi ilə heç-heçə edib – 1:1.

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A liqası (1-ci qrup)

Bosniya və Herseqovina – Polşa - 1:2.

B liqası (1-ci qrup)

Avstriya – Rumıniya - 2:3;

Şimali İrlandiya – Norveç - 1:5.

B liqası (2-ci qrup)

Çexiya – Şotlandiya - 1:2;

İsrail – Slovakiya - 1:1.

C liqası (4-cü qrup)

Qazaxıstan – Belarus - 1:2;

Albaniya – Litva - 0:1.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Yığma komandamız birinci turda Bakıda Lüksemburq yığmasına məğlub olub (1:2). Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub – 0:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.