Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə

Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə

Bakı, 17 yanvar, Əsəd Məmmədov, AZƏRTAC

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Əlbəttə, demokratik dəyərlərin, insan hüquqlarının bərqərar olması sivil inkişaf yolu tutmuş ölkələr üçün önəmlidir. Seçki isə demokratiyanın əsas göstəricilərindən biri kimi, insan hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik sistemdir. Ona görə də referendumlar, prezident, parlament və bələdiyyə seçkilərində iştirak xalqın maraqlarının təmini üçün olduqca vacibdir. Həmçinin seçkilər vasitəsilə vətəndaşların siyasi hüquqları həyata keçirilir, ölkə ərazisində sabitlik və cəmiyyətin hakimiyyət orqanlarına etimadı təmin olunur.

AZƏRTAC Azərbaycan xalqının seçki hüququna, müstəqillik illərində Milli Məclisə seçkilər, onun nəticələrinə və digər önəmli məqamlara dair qeydləri təqdim edir.

Xalqın suveren hüququ

Azərbaycan xalqı fevralın 9-da növbəti dəfə özünün Konstitusiya ilə müəyyən olunmuş suveren hüququndan istifadə edərək ölkə parlamentini formalaşdıracaq. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı hesab edilir, həmçinin sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək onun suveren hüququ kimi müəyyən olunub. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Qanunvericilik hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisinə üzvlərini seçən xalq deputatlara qanunverici fəaliyyətlə yanaşı, onu təmsil etmək, onun adından danışmaq hüququnu verir. Bütün bunlar parlament seçkilərinin ölkə həyatı üçün çox ciddi əhəmiyyətə malik hadisə olduğunu bir daha isbatlayır.

Üzvləri majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilən Milli Məclis birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Parlamentin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Müstəqillik illərində parlament seçkiləri və nəticələr

Müstəqillik illərində Milli Məclisə beş çağırış üzrə seçkilər keçirilib. 1995-ci il noyabrın 12-də keçirilən birinci çağırış seçkilərdə Yeni Azərbaycan Partiyası qalib gələrək 54 mandata sahib olub. Digər deputat mandatlarına isə başqa siyasi partiyaların nümayəndələri və bitərəf namizədlər sahib olublar.

2000-ci il noyabrın 5-də qanunverici orqana II çağırış seçkilərdə də xalq növbəti dəfə Yeni Azərbaycan Partiyasına dəstəyini ifadə edib. Hakim siyasi partiya 77 deputat mandatı qazanaraq seçkilərdə qələbə qazanıb. Digər siyasi partiyaların 17 mandat əldə etdiyi seçkilərdə 31 bitərəf namizəd seçicilərin etimadını qazana bilib.

Azərbaycan xalqı növbəti dəfə 2005-ci il noyabrın 6-da Milli Məclisin III çağırış deputatlarını seçib. Bu seçkilərdə də Yeni Azərbaycan Partiyası deputat mandatlarının yarıdan çoxunu – 63-nü qazanaraq qələbə qazanıb. Seçkilərə qatılan digər siyasi partiyalar isə ümumilikdə 18 mandatla parlamentdə təmsil olunmaq hüququ əldə ediblər. Səsvermənin nəticələrinə görə, digər yerləri isə partiya mənsubiyyəti olmayan 44 namizəd əldə edib.

2010-cu il noyabrın 7-də keçirilən IV çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası 71 deputat mandatı qazanaraq parlamentdəki hakim mövqeyini saxlayıb. Digər siyasi partiyaların 12 mandat əldə etdiyi seçkilərdə 42 bitərəf namizəd seçicilərin etimadını qazana bilib.

2015-ci il noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə də Yeni Azərbaycan Partiyası xalqın dəstəyi ilə növbəti dəfə qələbəni bayram edib. Bu seçkilərin nəticələrinə görə, Yeni Azərbaycan Partiyası 71, digər siyasi partiyalar isə 12 deputat mandatı əldə ediblər. Partiya mənsubiyyəti olmayan deputatların sayı 42 olub.

Demokratik seçki sistemi

Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyimiz ən mühüm nailiyyətlərdəndir. Əlbəttə ki, ötən illərdə ölkəmizdə keçirilən referendumlar, prezident, parlament və bələdiyyə seçkiləri, nəticələr, müşahidələr Azərbaycanın kifayət qədər zəngin seçki təcrübəsinin olduğunu deməyə əsas verir.

Ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir. Uzun illərdir təkmilləşdirilən Seçki Məcəlləsi bu gün təkmil sənəd kimi bütün beynəlxalq təşkilatların müsbət rəyini alır. Həmçinin keçirilən seçkilərdə ən son texnologiyaların tətbiqi və digər mütərəqqi addımlar Azərbaycanın seçki sisteminin səmərəliliyini daha da artırır. Bunu ölkəmizdə keçirilən seçkiləri izləyən beynəlxalq təşkilatların, müxtəlif ölkələrin missiyaları da öz rəylərində açıq-aşkar ifadə ediblər.

Bütün bunlar deməyə əsas verir ki, fevralın 9-da parlament seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün həm hüquqi baza, həm təcrübə, həm də ciddi iradə mövcuddur. Cəmiyyət hər zaman olduğu kimi, bu seçkilərə də kifayət qədər böyük maraq göstərir. Deputatlığa namizədlərin sayı da bunu təsdiq edir. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, parlament seçkilərində iştirak üçün 2431 nəfər müraciət edib ki, onlardan da 1623-nün namizədliyi qeydə alınıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, artıq bu gündən etibarən namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün namizədlərin təbliğat-təşviqat kampaniyası aparmaları üçün bərabər şərtlər yaradılıb. Seçkiyə 10 gün qalmış seçki bülletenlərinin çap edilməsi və dairə seçki komissiyalarına paylanılması prosesi həyata keçiriləcək. Fevralın 9-da, seçki günü Azərbaycan xalqı sərbəst şəkildə öz iradəsini yenidən nümayiş etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib