SİYASƏT


Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib

Kiyev, 20 aprel, AZƏRTAC

Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində Ukraynanın paytaxtı Kiyevdə bir sıra görüşlərdə iştirak edib.

Deputat AZƏRTAC-a bildirib ki, AŞPA nümayəndə heyətinin prezidentliyə namizədlər Petro Poroşenko və Vladimir Zelenskinin nümayəndələri ilə görüşlərində seçki kampaniyasının aparılması, seçki qanunvericiliyinin tələblərinin qorunması, şəffaf və ədalətli seçkilərin təmini məsələləri müzakirə edilib.

AŞPA nümayəndə heyətinin ATƏT PA-nın, Avropa Parlamentinin, NATO PA-nın müşahidə missiyaları, Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirilən görüşlərində Ukraynada seçki mühiti müzakirə olunub. Müzakirələr zamanı vurğulanıb ki, seçkilərin demokratik və ədalətli keçirilməsi üçün bütün qüvvələr səfərbər edilməlidir.

Deputat deyib ki, o, səsvermə günü Kiyev şəhəri və Kiyev vilayətində yerləşən məntəqələrdə müşahidə aparacaq.

Xatırladaq ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkilərin birinci turu martın 31-də keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.