SİYASƏT


Milli Məclisin deputatları Madriddə səfərdə olacaqlar

Bakı, 27 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatları Rafael Hüseynov və Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madriddə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İspaniyada insan hüquqlarının vəziyyəti, Avropada QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərin qarşısının alınması, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə insan hüquqlarına əməl olunması barədə fikir mübadiləsi aparılacaq.

Rafael Hüseynov komitənin iclasında iştirak etdikdən sonra noyabrın 3-dən 5-dək Strasburqda keçiriləcək Demokratiya üzrə Dünya Forumuna qatılacaq.

Forumda dünyada baş verən qlobal dəyişikliklərdə gənclərin yeri və rolu mövzusu müzakirə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.