SİYASƏT


Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Bakı, 28 oktyabr, AZƏRTAC

Milli Məclisin bir qrup deputatı noyabrın 1-də Moldovada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da bu ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, deputat Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçki prosesinin gedişini müşahidə edəcəklər.

Səfər noyabrın 3-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.