Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri G20 ölkələrinin Parlament Sədrlərinin Sammitində çıxış edib

Bakı, 6 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir. Oktyabrın 6-da Sammitin açılış mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Sammitdə "Ərzaq və enerji təhlükəsizliyi, iqtisadi çağırışlar" mövzusunda çıxış edib. Milli Məclisin sədri çıxışında belə tədbirlərin qlobal həmrəyliyin, əməkdaşlığın və çoxtərəfliliyin inkişafına böyük töhfə verdiyini söyləyib, hamımızı narahat edən məsələlərin müzakirəsində parlamentarilərin fəal iştirakı üçün vacib olduğunu qeyd edib.

Parlamentin sədri deyib ki, müasir dövrdə bəşəriyyət mürəkkəb və bir-biri ilə əlaqəli olan problemlərlə üzləşir. COVID-19-un mənfi təsirləri, iqtisadi sahədəki çətinliklər onsuz da mürəkkəb olan digər çağırışları daha da kəskinləşdirib. Xüsusilə, ərzaq və enerji təhlükəsizliyi əksər ölkələr üçün prioritet məsələyə çevrilib. Beynəlxalq ictimaiyyət təcili, lakin qısamüddətli tədbirlər görməklə vəziyyətə cavab verməyə çalışır. S.Qafarova deyib ki, davamlı bərpaya nail olmaq üçün daha sistemli, sabit və uzunmüddətli yanaşmalar tətbiq edilməlidir. O, bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, onların ümumi platforma kimi rolu birgə fəaliyyət və kollektiv səylərlə daha da genişləndirilə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə beynəlxalq səviyyədə əməkdaşlıq müsbət təsir göstərə bilər.

Sahibə Qafarova milli hökumətlərlə yanaşı, parlamentlərin də bu prosesdə iştirakına diqqəti cəlb edib. O deyib ki, qanunvericilik, büdcə tərtibatı və nəzarət sahələrində, xüsusilə də qabaqcıl təcrübənin mübadiləsi baxımından parlament əməkdaşlığının təkmilləşdirilməsi üçün imkanlar mövcuddur. Eyni zamanda, parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlıq bizim birgə işimizi daha da dərinləşdirəcək, onu daha konkret və nəticəyönümlü edəcək.

Milli Məclisin sədri çıxışında vurğulayıb ki, dünyanın heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb. Bu mənada kənd təsərrüfatının inkişafı, özünü əsas ərzaq məhsulları ilə təmin etmək səviyyəsinin yüksəldilməsi dövrün tələbidir. Bugünkü iqtisadi çağırışlar fonunda kənd təsərrüfatına sərmayə qoymaq, özəl sektoru dəstəkləmək COVID-dən sonrakı bərpa baxımından xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məşğulluq baxımından da əhəmiyyətli bir sahədir. Onun sözlərinə görə, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi büdcə tərtibi prosesində parlament-hökumət əməkdaşlığının əsas diqqət mərkəzində olmalıdır.

Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verən Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə dövlət investisiyaları, subsidiyalar, fermerlərin vergidən azad edilməsi və güzəştli kreditlər kimi tədbirlər ərzaq məhsullarının istehsalının artırılması ilə bağlı nəzərəçarpacaq nəticələr əldə etməyə imkan verib. O, Azərbaycan parlamentinin də ərzaq təhlükəsizliyinin təmini istiqamətində lazımi hüquqi addımlar atdığını, bu ilin may ayında bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı yeni qanun qəbul etdiyini bildirib.

Milli Məclisin sədri deyib ki, enerji təhlükəsizliyi də beynəlxalq gündəmin əsas çağırışlarından biridir. Neft və qaz istehsalçısı olan Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib və tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. On ildən çoxdur ki, Azərbaycan beynəlxalq bazarların etibarlı neft və qaz tədarükçüsüdür. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, məsələn, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərləri və Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi regionun və Avropanın enerji xəritəsini tamamilə dəyişib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanın Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfənin daha bir nümunəsidir. Alternativ və bərpa olunan enerjinin inkişafı da enerji gündəmimizdə mühüm yer tutur. Yaşıl texnologiyalardan istifadə ətraf mühitin mühafizəsini təmin etməklə yanaşı, həm də yeni iqtisadi perspektivlər yaradacaq. Spiker deyib ki, bu, davamlı inkişafın bütün ölçülərinə müsbət təsir göstərəcək.

Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri təmiz ətraf mühit və yaşıl inkişafdır. Bu gün ölkəmizdə günəş və külək elektrik stansiyası layihələri həyata keçirilir. Hazırda ölkəmizin ümumi enerji tutumunda bərpa olunan mənbələrin payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılmasıdır.

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğaldan azad edilməsinin ölkəmizin ərzaq və enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin kənd təsərrüfatı və bərpa olunan enerji potensialı böyükdür. O, təəssüflə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ekosistemi, meşələri, biomüxtəlifliyi, su ehtiyatları işğalın dağıdıcı təsirlərinə məruz qalıb. Ermənistanın çoxlu sayda mina basdırması bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. Mina partlayışları nəticəsində 250-yə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Buna baxmayaraq, Azərbaycan kənd təsərrüfatı və bərpa olunan enerji layihələri ilə bu ərazilərin inkişafını davam etdirir. Azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib və burada "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyası əsasında geniş yenidənqurma işləri həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib