SİYASƏT


Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb

Kiyev, 19 may, AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Milli Məclisin sədrinə park haqqında ətraflı məlumat verib.

Sonra parlament sədri Oqtay Əsədov Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyyə İnstitutuna gəlib. Prezident İlham Əliyevin salamlarını çatdıran sədr qeyd edib ki, dövlətimizin başçısının birbaşa göstərişi ilə onun müalicəsi nəzarət altında saxlanılır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.

Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və milli qəhrəmanlarımızdan bəhs edən kitabı sədr Oqtay Əsədova təqdim edib.

Oqtay Əsədovu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşahidə ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.