MƏDƏNİYYƏT


Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinın dəstəyi və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi - balet, xor truppası, orkestr və aktyor heyəti şəhər sakinlərinin zövqünü oxşayan musiqi nömrələri təqdim edilib.

Bayram əhval-ruhiyyəsində təşkil olunan tədbirdə dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də dünya klassiklərinin, müasir bəstəkarların musiqiləri səsləndirilib, teatrın repertuarında xüsusi yer tutan tamaşalardan parçalar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.