İDMAN


Milli Paralimpiya Komitəsinin regional bölməsi yaradılıb

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə regionlarda paralimpiya hərəkatının sürətli inkişafını və seleksiya işlərinin aparılmasını təmin etmək, həmçinin paralimpiya dəyərlərinin cəmiyyət arasında təbliğini gücləndirmək məqsədilə Gəncədə Komitənin regional bölməsi yaradılıb.

ARMPK-dən AZƏRTAC-a bildiriblər ki, bölmə Gəncə də daxil olmaqla Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərəcək. Paralimpiya çempionu Ramil Qasımov ictimai əsaslarla Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsinin müdiri vəzifəsinə təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.