İDMAN


Millimizin Türkiyə yığması ilə oyun üçün heyəti açıqlanıb

Bakı, 6 fevral, AZƏRTAC

Xəbər verdiyimiz kimi, fevralın 13-dən 21-dək Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Millimiz hazırlıq çərçivəsində fevralın 19-da və 21-də Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimizin toplanış üçün heyəti açıqlanıb. Heyətə Vladislav Reznov (“Araz”), Niyaz Əhmədov, İqbal Pənahov (hər ikisi U-19), Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov (hər üçü “Keşlə”), Nurlan Mehdizadə, Hüseyn Qarayev (hər ikisi U-19), Kənan Əsədli (“Keşlə”), Sabir Həsənov (U-19), Ceyhun Nuriyev, Nicat Quluzadə (hər ikisi “Keşlə”), Rafael Mütəllimov, Fuad Məmmədzadə və Hüseyn Abutalıbov (hər üçü U-19) dəvət olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.