İDMAN


Millimizin rəqibi yeni kapitan seçib

Millimizin rəqibi yeni kapitan seçib

Bakı, 22 mart, AZƏRTAC

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni kapitanı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, milli karyerasını bitirən Eden Azardan sonra sarğı Kevin De Bruyneyə tapşırılıb.

Yeni baş məşqçi Domeniko Tedesko komandaya lider kimi məhz “Mançester Siti”nin yarımmüdafiəçisini seçib. De Bruyne Belçika yığmasında keçirdiyi 97 oyunda 25 qol vurub.

Qapıçı Tibo Kurtua və hücumçu Romelu Lukaku isə vitse-kapitanlar olacaqlar.

Qeyd edək ki, Azərbaycanla Belçika arasında oyunlar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.