İQTİSADİYYAT


Mingəçevir elektrik şəbəkəsi üzrə təmir işləri yerinə yetirilir

Bakı, 17 iyun, AZƏRTAC

“Mingəçevir” Regional Elektrik Şəbəkəsi Müəssisəsi üzrə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri aparılır, o cümlədən itkilərin azaldılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan I və II “Abşeron”, 1-ci, 2-ci və 6-cı “Mingəçevir” və “Qəbələ” elektrik verilişi xətləri xüsusi diqqət mərkəzindədir. Bu hava xətlərinin metal dayaqları mütəmadi təftiş edilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin ötən aylarında müəssisənin balansına aid olan 110 kilovoltluq (kV) “Şəhər” yarımstansiyasında 35 kV-lik “Şəhər-Karxana” hava xəttinin çəkilməsi ilə əlaqədar

müvafiq avadanlıq quraşdırılıb. Analoji işlər 35 kV-lik “Karxana” yarımstansiyasında da həyata keçirilib.

Bu dövrdə 110 kV-lik “Yeni Beyləqan”, 35 kV-lik “Böyük Bəhmənli”, “Məlikli” və digər yarımstansiyaları da təmir olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.