Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Miqrasiyanın transmilli xarakteri, dünyada və ölkəmizdəki mühüm hadisələr bu sahədə yeni çağırışların yaranmasına səbəb olur

Miqrasiyanın transmilli xarakteri, dünyada və ölkəmizdəki mühüm hadisələr bu sahədə yeni çağırışların yaranmasına səbəb olur

Bakı, 19 mart, AZƏRTAC

Dünyanı cənginə alan COVID-19 pandemiyası bütün sahələrdə olduğu kimi, miqrasiya proseslərinə də ciddi təsir göstərib. Koronavirus pandemiyasının miqrasiya sahəsinə mənfi təsirinin qarşısının alınması üçün səmərəli miqrasiya idarəçiliyi böyük əhəmiyyət daşıyır. Təqdirəlayiq haldır ki, pandemiya şəraitində ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, miqrasiya proseslərinin idarəedilməsi sahəsində də ciddi addımlar atılır.

AZƏRTAC Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun məqaləsini təqdim edir.

Azərbaycan Respublikasının zəngin maddi-mədəni resursları, yerləşdiyi coğrafi məkan və strateji mövqeyi, ölkəmizdəki stabillik, tolerantlıq və davamlı iqtisadi inkişaf, həmçinin geniş turizm imkanları miqrasiya məsələlərinin daim diqqətdə saxlanılmasını və bu sahədə kompleks yanaşmanın göstərilməsini şərtləndirir. Milli təhlükəsizliyin qorunması, sosial-iqtisadi inkişafın dəstəklənməsi, insanların hərəkət azadlığının həyata keçirilməsinin asanlaşdırılması, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanı təşviq edən, miqrasiyanı innovasiya və dayanıqlı inkişafın mənbələrindən birinə çevirən idarəçiliyin formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ölkəmizin miqrasiya siyasətinin əsas istiqamətlərindəndir. Uğurlu miqrasiya siyasətinin əsas göstəriciləri ölkəyə gələn əcnəbilərin sayının artması, qanunsuz miqrasiya dinamikasının azalması və miqrasiya rejiminin iqtisadi inkişaf üçün əlverişli olmasıdır. Miqrasiyanın transmilli xarakteri və digər sahələrlə əlaqəsi, eləcə də dünyada, regionda və ölkəmizdə baş verən mühüm hadisələr bu sahədə yeni çağırışların yaranmasına səbəb olur.

Ulu öndər Heydər Əliyevin əsasının qoyduğu milli dövlətçilik, iqtisadi inkişaf və quruculuq strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində dövlətimiz möhtəşəm nailiyyətlər qazanmaqda və yeni zirvələr fəth etməkdədir. 2020-ci il dövlətimiz və xalqımız üçün müstəqillik tarixində ən şərəfli il kimi yadda qalıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı azad edib. Vətən müharibəsində qazanılmış bu şanlı qələbə regionda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən miqrasiya sahəsi üçün yeni imkanlar yaradıb. Hazırda azad olunmuş ərazilərə Böyük Qayıdışla əlaqədar əsas prioritetlər müəyyənləşdirilir və Dövlət Miqrasiya Xidməti (DMX) də işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafın dəstəklənməsi, həmin ərazilərə xarici investisiyaların cəlb olunması və miqrasiya axınlarının bu ərazilərə istiqamətləndirilməsi üçün öz fəaliyyət istiqamətlərinə uyğun olan bütün tədbirləri icra edəcək.

Ötən il həm də dünyada qlobal pandemiya elan edilən COVID-19 koronavirusu ilə mübarizə ili kimi tarixə düşüb. COVID-19 pandemiyası digər sahələrdə olduğu kimi, miqrasiya prosesləri üçün də yeni situasiya və çağırışlara səbəb olub. Xəstəliyin daha çox insan təması ilə yayılması dünya dövlətlərini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə almaqla müxtəlif spesifik tədbirlər görməyə, eləcə də 2020-ci ilin martından etibarən milli sərhədlərini sərnişindaşıma üçün bağlamağa və digər məhdudlaşdırıcı addımlar atmağa məcbur edib. Nəticədə, beynəlxalq və ölkədaxili yerdəyişmə kəskin azalıb və beləliklə miqrasiya COVID-19-un ən çox mənfi təsir etdiyi sahələrdən biri olub.

Azərbaycanda ilk yoluxma faktının qeydə alındığı tarixdən daha əvvəl Prezidentin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasına, həmçinin miqrasiya idarəçiliyi sahəsində çevik qərarların qəbul olunmasına imkan yaradıb. Pandemiya dövründə, Prezidentin təbirincə desək “insan sağlamlığı, insan həyatı və insanların sosial müdafiəsi dövlətimiz üçün prioritet məsələyə çevrildi”.

COVID-19-un mənfi təsirlərindən qorunmaq üçün dövlətimizin başçısı tərəfindən təkcə ölkə daxilində deyil, qlobal səviyyədə də mühüm addımlar atılıb. Bu dövrdə Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşləri keçirilib. Həmçinin Qoşulmama Hərəkatının sədri qismində dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının təşkili Azərbaycanın artan beynəlxalq nüfuzunun və gücünün ən bariz nümunələrindəndir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündən irəli gələn məsələlərin müzakirəsi məqsədilə 2020-ci il mayın 7-də Azərbaycan Respublikasının sədrliyi təşkilata üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirilib, miqrasiya sahəsində maraq doğuran məsələlər, eləcə də mövcud vəziyyətlə əlaqədar əməkdaşlıq müzakirə olunaraq birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə işçi qrupu təsis edilib.

Etiraf edək ki, COVID-19-un yayılma sürəti və müasir dövrdə bu sahədə bənzər təcrübənin olmaması beynəlxalq icmanın miqrasiya məsələlərində ümumi prinsip və istiqamətlər formalaşdırmasını çətinləşdirib. Pandemiya dövründə dövlət sərhədlərində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən olduqları ölkəni tərk edə bilməyən əcnəbilərin hüquqi statusunun müəyyənləşdirilməsi, qaçqın statusu əldə etmək üçün müraciət edən şəxslərin vəziyyəti, qanunsuz miqrantlar barəsində görüləcək tədbirlər başda olmaqla, miqrasiya sahəsində çevik qərarların qəbul edilməsini və preventiv addımların atılmasını zəruri edib.

Mövcud şəraitdə Azərbaycanın miqrasiya idarəçiliyi elektron xidmətlərdən istifadənin təşviqi, kommunikasiyanın gücləndirilməsi və miqrasiya proseslərinin bütün iştirakçıları ilə əməkdaşlığın genişləndirilməsi üzərində qurulub. Ölkədə tətbiq olunan xüsusi karantin rejiminin şərtləri də nəzərə alınmaqla, əcnəbilərin maksimum rahatlığını təmin etmək və insan sağlamlığını qorumaq məqsədilə miqrasiya xidmətləri üçün tətbiq olunan inzibati prosedurlar xeyli sadələşdirilib.

Pandemiya dövründə DMX-nin göstərdiyi bütün xidmətlərin elektron qaydada əldə edilməsi təmin olunub. Belə ki, göstərilən xidmətlərin daha əlçatan, operativ və əlverişli olması məqsədilə elektron xidmətlərin sayı artırılıb və ondan istifadə xeyli sadələşdirilib, həmçinin Xidmətin mobil tətbiqi (MigAz) üzərindən müraciət imkanları genişləndirilib. Bununla yanaşı, fiziki olaraq qəbul şöbələrinə yaxınlaşmaqla müraciət imkanı da saxlanılıb. Qeyd edilməlidir ki, 2020-ci ildə iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərdən istifadə edənlərin sayı 8,5 dəfə artıb.

Bu dövrdə DMX-nin təqdim etdiyi elektron xidmətlərdən rahat istifadənin təmini, eləcə də mövcud vəziyyətlə əlaqədar müvafiq prosedurlar barədə ictimaiyyətin vaxtında və dolğun məlumatlandırılması diqqət mərkəzində saxlanılıb. Elektron xidmətlərdən istifadə qaydaları və həyata keçirilən işlərlə bağlı müxtəlif dillərdə hazırlanmış maarifləndirici və məlumatlandırıcı vəsaitlər, o cümlədən videotəlimatlar, həmçinin müvafiq prosedurlar barədə məlumatlar Xidmətin rəsmi veb-səhifəsi, “WhatsApp” əlaqə vasitəsi, MigAz mobil tətbiqi və 919 - Çağrı Mərkəzi, sosial şəbəkə hesabları (Facebook, Twitter, YouTube, Instagram, Telegram) da daxil olmaqla Kütləvi İnformasiya Vasitələri ilə hədəf qruplarına çatdırılıb. Fasiləsiz fəaliyyət göstərən və ölkə xaricindən gələn zənglərə də açıq olan, bu dövrdə gücləndirilmiş iş rejiminə keçirilməklə yanaşı, işçi qüvvəsi və texniki imkanları artırılmış Çağrı Mərkəzinə 2020-ci ildə edilən zənglərin sayı 2019-cu illə müqayisədə 2,2 dəfə artıb.

2020-ci ildə DMX pandemiyanın sahibkarlara mənfi təsirlərini nəzərə alaraq, özəl sektorla olan tərəfdaşlığını daha da gücləndirib. Ölkədə mövcud olan səmərəli dövlət-özəl sektor tərəfdaşlığı və əmək miqrasiyası sahəsində Azərbaycanın müsbət beynəlxalq imici ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin işə cəlb olunması prosesini bu dövrdə də uğurla davam etdirməyə imkan verib. Belə ki, 2020-ci ildə iş icazəsi əldə edən əcnəbilərin sayı pandemiyanın miqrasiyaya kəskin mənfi təsirlərinə baxmayaraq, 2019-cu illə müqayisədə cəmi 9 faiz azalıb. Bu dinamika pandemiya şəraitində ölkənin sosial-iqtisadi stabilliyinin qorunması üçün dövlət tərəfindən görülmüş tədbirlərin nə qədər səmərəli və səmərəli olmasını göstərir.

Dövlət Miqrasiya Xidmətinin pandemiya dövründə sığınacaq axtaran şəxslər və qanunsuz miqrantlarla bağlı həyata keçirdiyi tədbirlər də qabaqcıl beynəlxalq təcrübələrlə uyğunluq təşkil edib. Bu dövrdə Xidmət tərəfindən qaçqın statusunun əldə edilməsi üçün müraciətlərin qəbulu davam etdirilib və sığınacaq sistemi ilə bağlı müvafiq sənədləşmə elektron qaydada təmin edilib. Bu innovativ yanaşma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ən yaxşı təcrübə kimi qeyd olunmaqdadır.

Qaçqınların və sığınacaq axtaran şəxslərin sosial ehtiyaclarını təmin etməsinin çətinliyi nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş cəmiyyəti institutları, o cümlədən “Miqrasiya Könüllüsü” İctimai Birliyi və digər tərəfdaşlarla birgə davamlı olan sosial yardım layihələrinin həyata keçirilməsi təmin olunub. Qeyd edilməlidir ki, Azərbaycan vətəndaşları kimi ölkəmizdə məskunlaşan qaçqınlar və sığınacaq axtaran şəxslər üçün də tibbi yardım ödənişsizdir. Hazırda bu kateqoriyadan olan şəxslərin dövlət tərəfindən pulsuz vaksinasiyası davam etdirilir.

Pandemiya dövründə miqrasiya sahəsində ən vacib məsələlərdən biri ölkəni tərk edə bilməyən əcnəbilərin qanunsuz miqrant vəziyyətinə düşməsinin qarşısını almaq və qanunsuz miqrantların ölkədə yaşamasını leqallaşdırmaq idi. 2020-ci ildə dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən ölkəni tərk edə bilməyən 60 minə yaxın əcnəbinin olma müddəti əlavə müraciət olmadan Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılıb. Hazırda dövlət sərhədində giriş-çıxış tam bərpa olunanadək bu əcnəbilərin ölkədə yaşaması leqal hesab olunur.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiya ilə mübarizə sahəsində müvafiq inzibati tədbirlərin görülməsi ilə yanaşı, qanuni miqrasiyanın təşviq edilməsini ən təsirli vasitələrdən biri hesab edir. Son üç ildə ölkədə qeyri-qanuni vəziyyətdə olan miqrantların ümumi sayı təxminən yarıyadək azalıb. Bu nəticə əldə olunarkən ölkə ərazisində qeyri-qanuni vəziyyətdə yaşayan miqrantlarla bağlı sərt inzibati tədbirlər görülməsi deyil, onların leqallaşdırılması əsas istiqamət olaraq müəyyən olunub.

Beynəlxalq təşkilatlar tərəfindən rəhbərlik edilən Saxlamaya Alternativlər üzrə İşçi Qrup, BMT-nin Miqrasiya üzrə Şəbəkəsi başda olmaqla, bir çox beynəlxalq təsisatlar pandemiya dövründə dövlətlərə miqrantların saxlama mərkəzlərinə yerləşdirilməsini və məcburi qayıdışını dayandırmaq, saxlama mərkəzlərində olanları azad etmək və qanunsuz miqrantları leqallaşdırmaqla bağlı çağırışlar edirdilər. Lakin unutmayaq ki, Azərbaycan beynəlxalq qurumların açıqlamalarından daha əvvəl qanunsuz miqrasiya ilə bağlı siyasətini qeyd olunan istiqamətlərdə formalaşdırmışdı. Hazırda ölkəmizdəki miqrantlarla bağlı saxlama mərkəzlərində çox az sayda əcnəbi maddi imkanlarının zəifliyi səbəbindən öz müraciətləri əsasında qalırlar. Ötən dövrdə Mərkəzlərdə sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılıb və zəruri profilaktik tədbirlər görülüb. Xüsusən vurğulanmalıdır ki, indiyədək saxlanılan əcnəbilərin heç birində COVID-19 aşkar edilməyib.

DMX pandemiya dövründə bütün zəruri tədbirlər görməklə yanaşı, post-pandemiya dövründə əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Dövlət sərhədlərində hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra ölkədən çıxa bilməyən əcnəbilərin qısa müddətdə ölkəni rahat tərk etməsi təmin olunmaqla yanaşı, qanuni miqrasiya kanallarının uzun müddət məhdudlaşdırılması fonunda artması gözlənilən qanunsuz miqrasiya meyllərinə qarşı miqrasiya nəzarəti tədbirləri gücləndiriləcək və bu məsələ xüsusi nəzarətdə saxlanılacaq.

Ötən il Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş işlər həm dövlətdaxili, həm də beynəlxalq tərəfdaşların tərtib etdikləri hesabatlarda yüksək qiymətləndirilib. Belə ki, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin yekunlarına görə, DMX əvvəlki iki ildə olduğu kimi, 2020-ci ildə də mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni (85,54 faiz) əldə edib. Bununla yanaşı, qeyd olunmalıdır ki, Avropa İttifaqının ənənəvi “Azərbaycanda Biznes Mühiti Hesabatı”nda son iki ildir (2019 və 2020) ki, miqrasiya siyasəti beş ən yaxşı biznes mühiti göstəricisi arasında qeyd edilir. 2020-ci ildə dərc olunan daha bir sənəddə - Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Azərbaycanda Xarici Biznes Hesabatı”nda Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən, o cümlədən elektron xidmətlərin optimallaşdırılmasından, özəl sektorla faydalı tərəfdaşlığın qurulmasından və şəffaf miqrasiya rejiminin təmin edilməsindən razılıq ifadə olunub.

DMX-in əsas fəaliyyət istiqamətlərindən biri də səmərəli beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsidir. Ötən dövrlərdə Xidmət tərəfindən bu sahədə bir sıra mühüm nəticələr əldə olunub. 2020-ci ilin fevralında Azərbaycan üzvlərinin sayına və əhatə dairəsinə görə miqrasiya sahəsində ən böyük beynəlxalq təsisat olan Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilib. Forumun məqsədi miqrasiya sahəsində mövcud regional məsləhətləşmələri dəstəkləməklə, milli, eləcə də beynəlxalq səviyyədə miqrasiya və inkişaf üçün inteqrə olunmuş yanaşmanı təşviq etməkdən ibarətdir.

Bununla yanaşı, ölkəmiz də daxil olmaqla, BMT-yə üzv 152 dövlət tərəfindən qəbul edilmiş “Təhlükəsiz, Nizamlı və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt”ın icrası məqsədilə təsis olunan BMT-nin Miqrasiya Şəbəkəsi 2020-ci ilin iyulunda Azərbaycanda da yaradılıb.

2020-ci il fevralın 25-də Azərbaycan və Türkiyə vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında Saziş” (2020-ci il avqustun 13-də qüvvəyə minib) və dekabrın 10-da isə Sazişə 1 saylı Protokol, eləcə də 2020-ci il martın 11-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” (2020-ci il iyunun 6-da qüvvəyə minib) imzalanıb.

Son dövrdə Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsində önəmli hadisələrdən biri də 2021-ci il martın 16-da Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin təsis edilməsi haqqında müqavilənin imzalanması olub. Bununla, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə miqrasiya sahəsində Azərbaycanda daimi nümayəndəliyi olan beynəlxalq təşkilatların sayı üçə çatıb.

DMX-nin maddi-texniki və intellektual bazası, innovativ həllərə əsaslanan çevik və səmərəli idarəçilik modeli Azərbaycanın miqrasiya sahəsində regional mərkəzə çevrilməsi üçün əlverişli şərait yaradıb. Hazırda Xidmət Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsini icra etməkdədir. Bu layihə Azərbaycanın miqrasiya siyasətinin və idarəçiliyinin uğurlu olmasının mühüm göstəricilərindəndir.

Bundan sonrakı dövrdə də Dövlət Miqrasiya Xidməti fəaliyyətini beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, elektronlaşmanın təşviqi, bütün mümkün vasitələrlə effektiv kommunikasiyanın gücləndirilməsi və sosial-iqtisadi inkişafı dəstəkləyən miqrasiya rejiminin təmini istiqamətində qurmaqda davam edəcək. Elektron resurslardan doğru istifadə olunması ilə qurumdaxili idarəçilikdə çevikliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi qalacaq.

Miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinə Prezident İlham Əliyevin verdiyi xüsusi önəm Dövlət Miqrasiya Xidmətinin kollektivini daha da inamla xidmət etməyə, dövlət qarşısında xidməti borclarını daha əzmlə yerinə yetirməyə sövq edir. Kollektivimiz bundan sonra da dövlətçiliyimizin maraqlarının qorunmasında və təhlükəsizliyimizin təmin edilməsində fəal iştirak etməklə yanaşı, ölkə vətəndaşlarına, həmçinin əcnəbilərə yüksək səviyyədə xidmət göstərəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonra da Miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinə daha da inamla xidmət göstərməyə, müəyyənləşdirilmiş tapşırıqların icrasını daha əzmlə yerinə yetirməyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib