CƏMİYYƏT


Mirsalam Qənbərov: İstənilən layihənin icrası zamanı ətraf mühitin ziyan çəkməməsini hədəfləmişik

Mirsalam Qənbərov: İstənilən layihənin icrası zamanı ətraf mühitin ziyan çəkməməsini hədəfləmişik

Bakı, 26 may, AZƏRTAC

Oxçuçay üzərində silsilə şəklində qurulan su elektrik stansiyalarının tikintisi zamanı ətraf mühitə təsirlərin qiymətləndirilməsinə dair açıq ictimai dinləmədə 50-dən çox mütəxəssis, maraqlı tərəflər iştirak etdi. Ortaya çıxan sualların çox hissəsinə cavab aldıq. Müəyyən hissələr isə təhlil edilib qiymətləndiriləndən sonra, əgər məqbul hesab olunacaqsa, o zaman müsbət rəy veriləcək. Problemlər olacağı təqdirdə isə onların həllindən irəli gələn nəticələrə nail olacağıq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

O, fikirlərinə belə davam edib: “Hər zamankı kimi məqsədimiz ondan ibarətdir ki, istənilən layihənin icrası zamanı digər sahələr, ətraf mühit, fauna, flora əziyyət çəkməsin. Odur ki, bütün norma və standartlar dəyərləndirilməlidir. Layihənin icrası zamanı ətraf mühitə zərərli təsirlər olacaqsa, onun kompensasiyası aparılmalıdır ki, təbiət ziyan çəkməsin.

Dünyada olduğu kimi ölkəmizdə də iqlim dəyişmələri, su qıtlığı problemləri özünü göstərir. Digər yandan işğaldan azad edilmiş ərazilərdə 30 ildir ki, gedən təbii prosesləri hələ tam bilmirik. Odur ki, ictimai dinləməni keçirməkdə hədəf ekoloji parametrləri, ətraf mühitə dəyə biləcək təsirləri vaxtında və yerində qiymətləndirmək idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.