SİYASƏT


Misir KİV-ləri Qoşulmama Hərəkatının Azərbaycana dəstək ifadə edən xüsusi bəyanatını yayıblar

Qahirə, 13 oktyabr, AZƏRTAC

Misirin 11 qəzeti və informasiya portalı, o cümlədən “Akhbarelyom”, “Youm7”, “Almasryalelyoum”, “Nile1”, “Aldiplomasy”, “Dostor”, “Garbnews” nəşrləri Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər səviyyəsində görüşünün iştirakçılarının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyi ifadə edilən xüsusi bəyanatını yayıb.

Azərbaycanın Misirdəki səfirliyi bəyanatın AZƏRTAC-da yayılmış ərəbcə mətnini bu ölkənin KİV-lərinə göndərib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.