SİYASƏT


Misir mətbuatında ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub

Qahirə, 10 may, AZƏRTAC

Misirin “Əl Diplomasi”, “Rayetmısr”, “Yeni dünya xəbərləri”, “Əl Almelarabi” və digər KİV-də ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Misirdəki səfiri Tural Rzayevin müəllifi olduğu “Milli lider və Azərbaycanın müasir intibahının banisi” sərlövhəli məqalədə öz xalqının qəlbində əbədiyaşar lider olan Heydər Əliyevin ölkəni dərin böhrandan və vətəndaş müharibəsi təhlükəsindən xilas edərək sabitlik və inkişaf yoluna çıxardığı diqqətə çatdırılır.

Ulu Öndərin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətindən ətraflı bəhs edən müəllif qeyd edir ki, onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkədə bir çox görkəmli yazıçılar, bəstəkarlar, alimlər nəsli yetişib. Heydər Əliyev Sovet İttifaqı kimi qüdrətli dövlətin rəhbərlərindən biri olub, Kremldə çalışdığı illərdə də doğma vətəninin inkişafına böyük diqqət və qayğı göstərib. Ulu Öndər yüksək intellektli gənc nəslin yetişməsi, qadınların təhsili, görkəmli elm xadimlərinin meydana çıxmasında da misilsiz xidmətlər göstərib.

Məqalədə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda başlayan inkişaf prosesləri, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səyləri diqqətə çatdırılıb. Müəllif vurğulayıb ki, Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirib, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artaraq regionun lider dövlətinə çevrilib. Məhz onun müdrik siyasəti sayəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimiz azad olunub, Ordumuz 44 günlük müharibədə şanlı Zəfər qazanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.