DÜNYA


Misirdə koronavirusa yoluxanlar üçün ayrılan xəstəxanada baş verən yanğın nəticəsində 7 nəfər ölüb

Qahirə, 29 iyun, AZƏRTAC

Misirin İsgəndəriyyə şəhərində koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, COVID-19-dan müalicə alan xəstələrdən yeddisi hadisə nəticəsində yanaraq ölüb. Digər xəstələri xilas etmək mümkün olub. Onlardan 11-i müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İsgəndəriyyə şəhər prokurorluğu yanğınla bağlı təhqiqata başlayıb. Özəl karantin xəstəxanasının işçiləri və həkimlər müstəntiqlər tərəfindən dindirilir.

Şəhər rəhbərliyi COVID-19-dan müalicə almış və faciə nəticəsində ölmüş insanların dəfni üçün tədbirlər görür.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.