SİYASƏT


Misirdəki Azərbaycan diasporu Qurban bayramı münasibətilə tədbir keçirib

Qahirə, 24 avqust, AZƏRTAC

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə Qahirədə Qurban bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Misirdəki diaspora təşkilatı tərəfindən beş min nəfərdən çox misirli və aralarında azərbaycanlı tələbələr də olmaqla 60-dan çox ölkədən Misirdə təhsil almaq üçün gələn tələbələrə 7,5 tondan çox qurban əti paylanılıb.

Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxışında bu kimi fəaliyyətlərə 15 il öncə başladığını və bundan sonra da davam etdirəcəyinə çalışacağını qeyd edib. O bunun xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişafına xidmət etdiyini bildirib.

Qeyd edək ki, S.Nəsirov hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000-dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə universitetində Azərbaycan dilini tədris edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.