SİYASƏT
Misirin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsindən sitatlar yayıb
Qahirə, 15 oktyabr, AZƏRTAC
Misirin “Egyptonline” informasiya portal Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsindən sitatlar yayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının rəsmi Yerevanın çirkin avantürist siyasəti nəticəsində işğalçı ölkənin ordusunun dağılması, ağır iqtisadi və sosial böhran keçirən Ermənistanın məğlubiyyətə uğraması, çarəsizlikdən mülki obyektləri və dinc əhalini hədəfə alması barədə fikirləri Misir ictimaiyyətinə çatdırılıb.
Xəbərdə vurğulanıb ki, Azərbaycan Prezidenti cəmi 1,5 milyard dollar valyuta ehtiyatına malik və 8 milyard dollar xarici borcu olan Ermənistanın artıq bir dövlət kimi iflasa uğradığını, müharibənin davam edəcəyi təqdirdə bütün ordusunun məhv ediləcəyini bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə