MƏDƏNİYYƏT
Mixail Nesterovun çəkdiyi ikona Londonda 56.5 min funt sterlinqə satılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Mixail Nesterovun (1862-1942) “Əllə hazırlanmayan xilaskar” ikonası “Bonhams” hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56.5 min funt sterlinqə satılıb.
AZƏRTAC TASS agentliyinə istinala xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.
Hərrac kataloqunda deyildiyi kimi, ikona, Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Manastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.
Hərracın ən qiymətli, 75.25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) “Balıq və gül natürmort”u olub.
Eyni qiymətə Karl Faberje zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəldiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi “Heyvanların su içdiyi yerdə” rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.