İDMAN


Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Bakı, 12 noyabr, AZƏRTAC

Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib.

AZƏRTAC xəbər verir ki, məşhur idmançı Heydər Əliyev Fondu və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Təqdimatda O.Kretsulun da çıxışı olacaq.

O.Kretsul gəncliyində beynəlxalq və ümumittifaq cüdo və sambo turnirlərinin dəfələrlə qalibi olmuşdur. On altı yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanmış, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirmişdir.1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edir, özü isə aldığı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir. Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra O.Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, “Pekin 2008” Yay Paralimpiya Oyunlarının qalibidir, dördqat dünya və üçqat Avropa çempionudur, Əməkdar idman ustasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.