DÜNYA


Moldovanın Baş naziri əhalini münasib qiymətə odunla təmin etmək göstərişi verib

Bakı, 22 iyun, AZƏRTAC

Moldovanın Baş naziri Natalya Qavrilitsa əhali üçün qaz tariflərinin dördqat artımı fonunda odunun qiymətinin mümkün artımının qarşısını almaq və payızda odun tədarükünü təmin etmək göstərişi verib.

AZƏRTAC Moldova mətbuatına istinadla xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. “Odunla təchizat məsələsi prioritet olmalıdır. Odunla təminat proqramı zəruridir, qiymətin qalxmaması təmin olunmalıdır. Əgər lazım gələrsə, biz xaricdən yardım istəyəcəyik”, - deyə Baş nazir bildirib.

Moldovada ölkə ərazisinin cəmi 12 faizini təşkil edən meşələrdə ağac kəsilməsi 2016-cı ildən dayandırılıb. O vaxt ətraf mühit nazirliyi həyəcan siqnalı verərək, ölkənin ekoloji fəlakət astanasında olduğunu bəyan etmişdi.

2021-ci ilin dekabrında Moldovada məişət istehlakçıları üçün bir kubmetr təbii qaz 4,1 leydən 18,6 leyədək (0,96 dollar) bahalaşıb. Ötən qış bir kubmetr odun isə min leyə (təxminən 52 dollar) satılırdı.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.