SİYASƏT


Moldovanın telekanalında Şuşa haqqında geniş reportaj yayımlanıb VİDEO

Kişineu, 29 mart, AZƏRTAC

Moldovanın nüfuzlu “Jurnal TV” kanalında Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsindən, o cümlədən Şuşa şəhərindən bəhs olunan reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, telekanalın jurnalisti Kelin Jukovskinin ezam olunduğu Qarabağdan hazırladığı reportajda Azərbaycanın 30 il əvvəl itirilmiş ərazilər üzərində nəzarəti bərpa etdikdən sonra apardığı yenidənqurma işləri haqqında geniş məlumat verilir.

“Bakıdan Şuşaya mikroavtobusla beş saata yaxın yol getdim. Sürücülərin naviqator olmadan belə bu yolda azmaq şansı yoxdur. Azərbaycanın paytaxtından çıxdıqdan sonra demək olar hər kilometrdə onları “Qarabağın ürəyi”nə işarə edən lövhələr qarşılayır. Şuşa 28 ildir Ermənistan qoşunları tərəfindən işğal altında saxlanılmış Qarabağ bölgəsinin ən böyük şəhəridir. Azərbaycan 2020-ci ildə şəhəri azad edib və bu gün burada insanlar özlərini azad hesab edirlər”, - müəllif qeyd edir.

Jurnalist vurğulayır ki, Şuşa şəhərinin azad edilməsinin əhəmiyyəti çox yüksək idi. Şəhər tarixinin ən zəngin və əzəmətli abidəsi Şuşa qalasıdır. Qala öz mövqeyinə görə Qarabağı tanıdır və onun nəyə qadir olduğunu göstərir.

Reportajda Şuşanın tarixi və görüləcək böyük işlər, planlar haqqında geniş məlumat verilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.