ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna yeni qəbul olunan magistrantlarla görüş keçirilib

Bakı, 10 sentyabr, AZƏRTAC 

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) direktoru, akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Akademik İradə Hüseynova görkəmli alim, akademik Cəlal Əliyev məktəbinin davamçısı olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elm və təhsilə qoyulan yüksək tələblər barədə məlumat verib. Ölkəmizdə hər zaman gənclər üçün geniş imkanların yaradıldığını vurğulayan İradə Hüseynova bildirib ki, görülən tədbirlər gənclərə, o cümlədən tələbələrə olan diqqət və qayğının bariz nümunəsidir. O, əvvəlki illərdə institutda təhsil alan, hazırda isə Oksford, Monpelye, Gent, İstanbul və digər universitetlərdə doktorantura təhsilini uğurla davam etdirən məzunlardan da söhbət açıb, magistrantlara ilk təhsil ilində uğurlar arzulayıb.

Daha sonra magistrantlar MBBİ-nin Təhsil şöbəsinin tədris auditoriyaları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.

Qeyd edək ki, MBBİ-nin magistraturasına bu il biotexnologiya ixtisası üzrə 2, molekulyar biologiya ixtisası üzrə 3, biokimya ixtisası üzrə isə 2 nəfər qəbul olunub. Elmi müəssisədə 2020/2021-ci tədris ilində ümumilikdə 16 magistrant təhsil alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.