İDMAN


Monako şirkəti Formula 1 komandası yaradır

Bakı, 4 oktyabr, AZƏRTAC

2021-ci ildə Formula 1-in texniki və idman reqlamenti dəyişdiriləcək. Bunun nəticəsində çempionatda iştirak etmək daha asan olacaq. Bundan əvvəl “Panthera Team Asia F1” şirkəti Formula 1 yürüşlərində iştirak etmək istədiyini bildirib, indi isə Monakonun “Monaco Increase Management” (MIM) şirkəti bununla bağlı müraciət edib. MIM İspaniyanın “Campos Racing” şirkəti ilə səylərini birləşdirmək və 2021-ci ildə vahid komanda ilə çıxış etmək istəyir.

AZƏRTAC xəbər verir ki, layihəyə idman geyimləri istehsal edən “Vexatec” şirkətinin qurucusu, italiyalı Salvatore Qandolfo rəhbərlik edir. MƏM-in dərc etdiyi bəyanatda bildirilir ki, komandanın yaradılması haqqında ilk danışıqlar hələ mayda keçirilən İspaniya Qran-Prisi zamanı baş tutub və həmin görüşdə dünya çempionatının icraçı direktoru Çeyz Keri də iştirak edib. Ross Braunun da qatıldığı danışıqlar Formula 1-in Londonda yerləşən mənzil-qərargahında keçirilib, iyulun 31-də isə məlum olub ki, İspaniya komandası Fernando Alonsonun gedişi nəticəsində yaranmış boşluğu dolduracaq və ispan azarkeşlərinin və mətbuatının diqqətini Formula 1-ə cəlb edəcək.

Layihə artır İspaniya Avtomobil İdmanı Federasiyası tərəfindən dəstəklənib, komandanın bazası da bu ölkədə yerləşəcək. Salvatore Qandolfo və Adrian Kampos artıq bir neçə əməkdaşı bu işə cəlb ediblər. Onların arasında texniki direktor Piter Makkul və aerodinamika şöbəsinin rəhbəri Ben Vud da var. Hər iki mütəxəssis Formula 1-də iş təcrübəsinə malikdir: Makkul “Super Aguri” komandasının baş konstruktoru vəzifəsini tutub, Ben Vud isə həmin komandada aerodinamika üzrə aparıcı mütəxəssis işləyib. Bundan başqa, Vud həm də Alen Prostun rəhbərliyi altında “Prost Grand Prix” yarışlarında çalışıb.

İyulun sonunda işə götürülmüş mühəndislərdən ibarət qrup da artıq işə başlayıb. Gözlənilir ki, hazırlıq işləri 2021-ci il reqlamentinin elan edilməsindən sonra, oktyabrın sonunda başa çatacaq. Ehtimal edilən debütə qədər minimum 1,5 il qalsa da, hələ adı olmayan komandanın pilotlarının adları məlumdur. 2021-ci ildə sükan arxasına keçməsi ehtimal olunan pilotlar MIM-in karyerası ilə maraqlandığı Paskal Verlyayn və Adrian Kamposun çoxdankı yetirməsi, Yaponiyanın Super Formula yürüşlərində iştirak edən ispaniyalı Aleks Paloudur.

Salvatore Qandolfo deyib: “2021-ci ildə Formula 1-də debüt uzunmüddətli layihədir. Biz necə ciddi vəzifələrin həll ediləcəyini yaxşı başa düşürük, lakin bizim gecə-gündüz çalışan ekspert komandamız var və FIA-nın tələblərinə cavab verən, habelə layihənin uğurla həyata keçirilməsinə imkan verən maliyyə ehtiyatımız var”.

Maraqlıdır ki, Qandolfo ilə birgə layihə Adrian Kampos üçün ilk Formula 1 komandası yaratmaq cəhdi deyil. Bir vaxtlar o, 2010-cu ildə “Hispania Racing”in nəzarətinə keçmiş çempionatda iştirak etmək üçün də müraciət edib. Sonradan həmin komanda HRT adlanıb və 2012-ci ilin sonunda öz fəaliyyətini dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.