İDMAN


Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib

Moskva, 20 may, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya paytaxtının ali məktəblərində təhsil alan tələbələr arasında Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Spartak” stadionunda keçirilən turnir Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilib.

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev turnirin açılışında çıxış edib. O, turnir iştirakçılarını RAGB-nin sədri Leyla Əliyeva adından təbrik edərək bildirib ki, ilbəil populyarlaşan bu turnir artıq onuncu dəfə keçirilir. E.Hacıyev daha sonra xatırladıb ki, bu il Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi qeyd olunur. Fond Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil etməyə, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına yönəlmiş çox böyük iş aparır.

Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru Vaqif Bayramov turnir iştirakçılarına uğur arzulayıb.

Minifutbol turnirində 16 komanda iştirak edirdi. Gərgin mübarizə şəraitində keçən turnirdə birinci yeri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi-Stomatologiya Universitetinin birləşmiş komandası tutub. RF Hökuməti yanında Maliyyə Universitetinin komandası ikinci yerlə kifayətlənməli olub. İlk üçlüyü Moskva Dövlət Pedaqoji Universitetinin komandası qapayıb.

Aleksandr Bodungen ən yaxşı qapıçı, Orxan Kərimov ən yaxşı müdafiəçi, Nurxan Quliyev ən yaxşı hücumçu, Anar Vəliyev isə ən yaxşı “bombardir” hesab edilib. Turnirin bütün iştirakçılarına mükafatlar təqdim edilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.