SİYASƏT


Müdafiə Nazirliyi: Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayıb və atılmayacaq

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkarlanan naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və bu, yalandır. Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

“Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.