CƏMİYYƏT


Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatları da qoşulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına və ətraf mühitin mühafizəsinə kömək məqsədilə keçirilən ağacəkmə kampaniyasında Müdafiə Nazirliyinin rəhbərliyi də iştirak edib.

Azərbaycan Ordusunun hərbi hissələrində təşkil olunan aksiyada müxtəlif ağac növləri əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.