İQTİSADİYYAT
“Muğanbank”ın daha üç yeni filialı fəaliyyətə başlamışdır
Bakı, 3 iyun (AZƏRTAC). Müştərilərinə göstərdiyi xidmətin səviyyəsini daim artırmağa çalışan “Muğanbank” Şəmkir, Salyan və Xaçmaz şəhərlərində yeni filiallarını açmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, yeni filiallarda fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və digər bank xidmətləri göstəriləcəkdir.
Yeni filiallar Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 179, Salyan şəhəri, Heydər Əliyev prospekti 109 ünvanlarında və Xaçmaz şəhərindəki Nəriman Nərimanov küçəsində yerləşir.
“Muğanbank” xidmət şəbəkəsinin inkişaf konsepsiyasına uyğun olaraq daha bir neçə regionda filial və şöbələrin açılması planlaşdırılır.
Ətraflı məlumatı 933 Məlumat Mərkəzindən və ya www.muganbank.az saytından, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsindən əldə etmək olar.