ELM VƏ TƏHSİL
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı beynəlxalq “ASOS indeks” bazasına daxil edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “ASOS indeks” sisteminə daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin direktoru, akademik İsa Həbibbəylinin baş redaktoru olduğu “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında dünya, o cümlədən türk xalqları ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr dərc edilir. Jurnal bundan öncə beynəlxalq “Index Copernicus” baza sistemində də indekslənib.
Türkiyədə fəaliyyət göstərən “ASOS indeks” 1500-dən çox jurnalın daxil olduğu bazadır.