İQTİSADİYYAT
Murat Karatəkin: “Baku Steel Company” Azərbaycanın polad məhsullarına artan tələbatını ödəyə biləcək
Bakı, 24 iyul (AZƏRTAC, Ceyhun Rüstəmov). “Baku Steel Company”nin 13 il ərzində keçdiyi inkişaf yolu, qısa zaman olmasına baxmayaraq, bir çox müəssisələr üçün örnəkdir.
“Baku Steel Company”nin tərəfdaşlarından olan Türkiyənin “CVS Makina” şirkətinin qurucusu Murat Karatəkin AZƏRTAC-a müsahibəsində zavodda aparılan yenidənqurma işlərini, tətbiq olunan yeni texnologiyaları yüksək qiymətləndirib.
O qeyd edib ki, ağır sənaye sahəsində bölgədə nümunə olan “Baku Steel Company”nin fəaliyyəti təqdirəlayiqdir. “Ancaq bu, hələ başlanğıcdır. Davamlı inkişaf tempinə malik Azərbaycan iqtisadiyyatında polad məhsullarına tələbatın bundan sonra daha da artacağını düşünürəm. Zavodda aparılan yenidənqurma işləri ölkənin bu məhsullara artan tələbatını ödəməyə imkan verəcək”, - deyə M.Karatəkin vurğulayıb.