MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində Tofiq Quliyevin mahnıları səslənəcək

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Muzeyin təşkilatçılığı ilə reallaşacaq tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Bu barədə AZƏRTAC-a muzeyin şöbə müdiri Xanım Abdinova məlumat verib: “Unudulmaz bəstəkara həsr edilən bu tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil ediləcək. Tədbirdə muzeyin arxiv materialları əsasında sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunacaq, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən bəstəkarın mahnıları ifa ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.