Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Müstəqilliyə gedən yolda Heydər Əliyev strategiyasının təntənəsi

Müstəqilliyə gedən yolda Heydər Əliyev strategiyasının təntənəsi

Bakı, 28 mart, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) təsis edildikdən bir neçə ay sonra tərəddüd etmədən həmin partiyanın üzvü oldum. Bu, mənim dünyanın siyasi lideri kimi tanıdığım, həmişə qürur mənbəyim və Azərbaycanın xilaskarı olan Ulu Öndər Heydər Əliyevə olan inamımdan irəli gəlirdi. Otuz il əvvəli xatırlatmağım əbəs deyil. Çünki həmin vaxt Azərbaycanda vəziyyət son dərəcə gərgin idi. Mərd oğul və qızlarımızın qanı bahasına bərpa edilmiş müstəqilliyimiz məhv olmaq həddinə çatmışdı. Artıq respublikamızda qarşıdurma o səviyyədə idi ki, Azərbaycan nəinki parçalanmaq, hətta xəritədən silinmək həddinə çatmışdı.

Bir tərəfdən qondarma Talış-Muğan respublikası, sadvalçılar, digər tərəfdən daxili qruplaşmalar və onları qızışdırıb meydana atmış anti-Azərbaycan qüvvələr respublikamızı müxtəlif hissələrə parçalayırdı. Həmin vaxt hakimiyyətdə olanların kölə vəziyyəti, xarici himayədarlarının göstərişlərini yerinə yetirmələri və hələ də sovet rejimindən ayrıla bilməmələri gündən-günə gərginləşən vəziyyəti daha da ağırlaşdırırdı. Bax, belə çətin məqamda xalqın inam, güvənc yeri müdrik şəxsiyyət Heydər Əliyev oldu. Çünki həmin vaxt insanları arxasınca apara biləcək yeganə lider məhz Ulu Öndər və onun yaratdığı siyasi təşkilat idi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Azər Süleymanov AZƏRTAC-a açıqlamasında bildirib.

“Xalq Ümummilli Liderə ona görə inanırdı ki, o, sərt sovet rejimində Azərbaycanı ən geridə qalmış respublikalardan birincilər sırasına qaldırdı. Heydər Əliyevin respublikaya rəhbərliyindən sonra Azərbaycan ilbəil sürətlə inkişaf edərək ittifaqın ən qabaqcıllarından birinə çevrildi. Kommunist Partiyasının tüğyan etdiyi həmin dövrdə həyatını riskə ataraq, Azərbaycan dilini dövlət dili kimi qəbul etdirən Ulu Öndər xalqın, millətin xilaskarı kimi qəti addım atdı”, - deyə Azər Süleymanov vurğulayıb.

O deyib ki, Ulu Öndər bütün çətinliklərə, təzyiqlərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Daha dəqiq desək, ana dilimizi özümüzə qaytardı. Məhz Ümummilli Liderimizin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, Vətəninə, xalqına olan sonsuz sevgisi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində sərt sovet rejimindən başlayaraq, həyata keçirilən dil siyasəti ana dilimizin saflaşmasına, zənginləşməsinə, inkişafına zəmin yaratdı. Bu, müstəqilliyə gedən yolda Heydər Əliyev strategiyasının təntənəsi idi.

Ümummilli Lider deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

A.Süleymanovun sözlərinə görə, sonrakı illərdə də Ulu Öndərin qətiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, Vətəninə, xalqına məhəbbətin təcəssümü, millətin və dövlətin tərəqqisi və milli kadrların yetişdirilməsi yolunda misilsiz xidmətləri respublikamızı sürətli inkişaf yoluna çıxartdı. Ulu Öndərin Sovet İttifaqı dönəmində milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideyasının formalaşdırılması yolunda atdığı qətiyyətli addımlar gələcək müstəqil Azərbaycanın formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edirdi. Tarixi şəxsiyyət daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün ən yaxşı vasitədir. Ulu Öndər deyirdi ki, azərbaycançılıq milli mənsubiyyətini, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə inteqrasiyasından bəhrələnmək deməkdir. Ulu Öndər sonradan Kremldə işlədiyi illərdə də təkcə Azərbaycanın deyil, bütün dünyanın taleyinə həlledici təsir göstərən görkəmli siyasətçilər və dövlət xadimləri arasında müdrikliyi ilə xüsusi yer tutdu.

“XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlər xalqın, respublikanın taleyüklü məsələlərindən çox, özlərini düşünürdülər. Həmin illərdə ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış rəhbərliyin dövlət idarəçiliyində səriştəsizliyi xalqı arxasınca apara biləcək liderə və siyasi təşkilata böyük zərurət yaratdı. Vətəndaş müharibəsi həddinə çatmış qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Həm ziyalılar, həm də sadə insanlar müstəqilliyini yenicə bərpa etmiş respublikamızı düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevin və onun rəhbərlik edəcəyi siyasi təşkilatın olacağına inanırdı. Sərt sovet rejimində olduğu kimi, bu dəfə də Azərbaycanı məhv olmaq təhlükəsindən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. O çətin illərdə Ulu Öndər Yeni Azərbaycan Partiyasını təsis etməklə xalqı arxasınca apara biləcək siyasi təşkilat yaratdı. Mən də fəxr edirəm ki, 30 ildir bu partiyanın sırasındayam. Əgər həmin dövrdə Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, YAP-ı yaratmasaydı, respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrlə qarşılaşardı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş, xilas anı oldu. Azərbaycanın, eləcə də xalqımızın, milli dövlətçiliyimizin xilaskarlıq yolu bilavasitə, həmin gündən başlandı”, - deyə YAP Nəsimi rayon təşkilatının sədri bildirib.

O əlavə edib ki, bütün varlığı ilə Vətənə və xalqa qəlbən bağlı olan müdrik şəxsiyyət və dövlət xadimi Heydər Əliyev ömrünün qalan hissəsini də müstəqilliyimizin əbədiliyinə, milli dövlətçiliyin inkişafına, Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdi. Azərbaycanın bugünkü inkişafının təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Hazırda ölkəmiz müdrik şəxsiyyətin yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulur.

Ümummilli Liderin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də Azərbaycanı cəsarətlə idarə etməyə, daim irəliyə aparmağa qadir olan layiqli davamçı yetirməsidir. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli siyasi lider, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada söz sahibinə çevrilib və qalib ölkə kimi tanınır. Heydər Əliyevin zəngin dövlətçilik məktəbindən dərs alan, Prezident İlham Əliyev bu gün dünyada ən islahatçı dövlət başçısı kimi qəbul edilir. Sevindirici haldır ki, Ümummilli Liderin siyasi kursu bu gün dövlətimizin başçısı tərəfindən layiqincə davam etdirilir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran Azər Süleymanov əlavə edib: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan dövləti və xalqı bundan sonra da xalqımızın xilaskarı Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək