ELM VƏ TƏHSİL


Müstəqilliyin 30 ili: uğurlar və perspektivlər

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Müstəqilliyin 30 ili: uğurlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri barədə geniş məlumat verib. O deyib: “Qarabağ zəfəri ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik qərarlarının nəticəsi, 17 illik hakimiyyəti dövründəki mübarizənin bəhrəsi idi”.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində ADU-nun 3 məzunu şəhid olub. “Onlardan biri - fakültəmizin məzunu olan şəhid Elvin Bayramova ehtiram olaraq yaxın zamanda universitetdə onun adını daşıyan auditoriya yaradılacaq”, - deyə dekan İbrahim Kazımbəyli bildirib.

Dəyirmi masada Qafqaz və Azərbaycan tarixi kafedrasının müdiri dosent Qorxmaz Mustafayevin “Müstəqilliyin bərpası uğrunda mübarizənin sonuncu mərhələsi (1991-ci il)”, Beynəlxalq münasibətlər kafedrasının dosenti Mehriban Babaxanovanın “Müstəqilliyin bərpası hüquqi aspektdə”, kafedranın müəllimi Aysel Bağırovanın “Azərbaycanın müstəqilliyi və enerji siyasəti” mövzusunda çıxışları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.