SİYASƏT


Müvəqqəti işlər vəkili: Azərbaycan və Sudan İƏT və Qoşulmama Hərəkatında uğurlu əməkdaşlıq edirlər

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Bakıda Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim media nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Sudan arasındakı diplomatik münasibətdən danışan müvəqqəti işlər vəkili bu il ölkələrimiz arasında əlaqələrin 30-cu ildönümünün qeyd edildiyini bildirib. O, Sudanın Azərbaycanla diplomatik əlaqələr qurmuş ilk ölkələrdən biri olduğuna görə qürur duyduğunu söyləyib. Mustafa Abdel Halim Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən ölkələrimiz arasında tarixi bağların və ikitərəfli əlaqələrin mövcud olduğunu vurğulayıb.

Müvəqqəti işlər vəkili ölkələrimiz arasında iqtisadi sahədə ikitərəfli anlaşmanın imzalandığını və Azərbaycan hökuməti ilə səmərəli siyasi əməkdaşlığın mövcud olduğunu qeyd edib. O, Azərbaycanla Sudanın İslam Əməkdaşlığı Təşkilatında və Qoşulmama Hərəkatında uğurlu əməkdaşlığından danışıb.

M.A.Halim, həmçinin ölkələrimizin təhsil sahəsində də əməkdaşlıq etdiyini diqqətə çatdırıb, ölkəmizdə 26 sudanlı tələbənin təhsil aldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.