REGİONLAR
Muxtar respublikada yeni hakimlik kursu fəaliyyətə başlayacaq
Naxçıvan, 1 iyul, AZƏRTAC
Muxtar respublikada futbol hakimliyinin inkişafı və onların potensialının artırılması məqsədilə yeni hakimlik kursu fəaliyyətə başlayacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədris prosesində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Hakimlər Komitəsinin təcrübəli mütəxəssisləri iştirak edəcək. Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə reallaşacaq kursları uğurla başa vuranlar sertifikat və hakimlik nişanları ilə təmin olunacaqlar.
Qeydiyyatdan keçmək istəyənlər aşağıdakı keçid linkinə daxil olub, anket nümunəsini tamamlayaraq göstərilən elektron ünvanına göndərə bilərlər. https://www.affa.az/index.php/news/hakim-olmaq-istynlrin-nzrin/64380
Qeyd edək ki, NFF-nin ötən ildən etibarən keçirdiyi hakimlik kurslarının nəticəsi olaraq 30-a yaxın gəncin bu sahədə fəaliyyəti təmin olunub. Region Liqası, Naxçıvan Futzal Liqası, “Naxçıvan Kuboku-95” beynəlxalq turniri və digər yarışlarda müxtəlif təyinatlar almaqla oyunlarda ədaləti təmsil etmək imkanı qazanıblar.