REGİONLAR


Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanı təşkil edilib

Naxçıvan, 21 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqəyə 11 vakant vəzifənin tutulması üçün 125 namizəd sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

İmtahandan öncə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 60, dünyagörüşü üzrə 10, informasiya texnologiyaları üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib.

Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim olunub. Test imtahanında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları müşahidəçi qismində iştirak ediblər.

İmtahanların nəticələri gündəlik olaraq operativ şəkildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (www.dqmk.nmr.az) rəsmi internet səhifəsində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.